“Erkən nikah və ona qarşı mübarizə yolları ” mövzusunda treninq keçirilib.
Mingəçevir Turizm Kollecində Uşaq hüquqları aylığı çərçivəsində “Uşaq hüquqlarının qorunması: Erkən nikah və ona qarşı mübarizə yolları ” mövzusunda treninq keçirilib. Tədbiri giriş sözü ilə açan Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov erkən nikahın səbəbləri və fəsadları, erkən nikah səbəbindən yaranan sosial həssas qruplar, həmçinin erkən nikah və təhsil mövzusunda ətraflı məlumat verib. Daha sonra tədbir proqrama uyğun olaraq AR Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcovun “Uşaq hüquqları aylığı barədə”, Mingəçevir ŞİH başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taryel Şükürovun “Mingəçevir şəhəri üzrə erkən nikahın vəziyyəti” mövzusunda, Mingəçevir Şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyevanın “Erkən nikah probleminin yaranma səbəbləri” mövzusunda, Mingəçevir Valideynlər Assosiasiyasının İctimai birliyinin icraçı direktoru Yeganə Nəbiyevanın “Erkən nikah probleminə qarşı mübarizə yolları ” mövzusunda çıxışları ilə davam etdi.