• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Mingəçevir Turizm Kollecində 25 oktyabr 2024-cü il tarixində “Zəfər Günü” nə həsr olunmuş Qarabağ müharibəsi şəhidlərinin xatirə əşyalarından ibarət sərgi təşkil edilib.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Mingəçevir Turizm Kollecində 25 oktyabr 2024-cü il tarixində “Zəfər Günü” nə həsr olunmuş Qarabağ müharibəsi şəhidlərinin xatirə əşyalarından ibarət sərgi təşkil edilib.

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix Oktyabr 26, 2024

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Mingəçevir Turizm Kollecində 25 oktyabr 2024-cü il tarixində “Zəfər Günü” nə həsr olunmuş Qarabağ müharibəsi şəhidlərinin xatirə əşyalarından ibarət sərgi təşkil edilib. Açıq hava şəraitində təşkil olunmuş sərgidə əllidən çox şəhidin şəxsi əşyaları nümayiş etdirilib.

Sərgidən əvvəl, şəhid valdeyinləri ilə çay masası arxasında səmimi görüş keçirilib.

“Zəfər Günü” nün 4-cü ildönümünə həsr olunmuş sərgidə ilk öncə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş “Birinci Qarabağ müharibəsi”, “Aprel döyüşləri”, “İkinci Qarabağ müharibəsi” və “Antiterror əməliyyatlarında” şəhid olmuş igidlərimizin əziz ruhuları bir dəqiqəlik sükutla yad edilib . Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sərginin açılışında ilk söz Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədova verilib. Kamal Əhmədov sərginin ərsəyə gəlməsində köməklik göstərən şəhid valdeyinlərinə kollektiv və öz adından dərin minnətdarlığını bildirib. Çıxışının davamında Kamal Əhmədov bizi zəfərə aparan tarixi, şərəfli yol haqqında məlumat verib.

Daha sonra söz tədris işləri üzrə direktor müavini Aynurə Abbasovaya verilib. Aynurə Abbasova çıxışında kollecin tələbələrinin vətəninə, xalqına layiqli, dövlətinə və dövlətçiliyinə sədaqətli vətəndaş kimi yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında danışıb. Təşkil olunmuş sərginin də məhz bu məqsədə xidmət etdiyini bildirib.

Çıxışları davam etdirən kollecin tədris şöbəsinin müdiri, tarix müəllimi Ceyhun Abdullayev dörd il əvvəl qazanılan bu qələbənin tarixdə analoqunun olmadığını və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib.

Çıxışların sonunda kollecin müəllimi, “İkinci Qarabağ müharibəsi” iştirakçısı Muraz Məmmədov öz döyüş xatirələrindən, müharibə günlərində xalqımızın nümayiş etdirdiyi birlik, bərabərlik və bunun döyüşçülərdə yaratdığı ruh yüksəkliyi haqqında danışıb.

Daha sonra sərgi açıq elan edilib. Sərgi iştirakçıların böyük marağına səbəb olub. Şəhid valdeyinləri stendlərə yaxınlaşan gənclərə öz övladları və onların döyüş yolu barədə ətraflı məlumat verib. Hər biri bir tarix olan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik. Bu qəhrəmanları yetişdirən valideynlərin qarşısında baş əyirik.

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

24 Oktyabr 2024-cü il tarixində Mingəçevir şəhər Yaşar Məmmədzadə adına stadionda "Zəfər Günü" ilə bağlı atletikanın estafet, 100 metr məsafəyə qaçış və kros növləri üzrə yarış keçirilib.
Oktyabr 26, 2024

Növbvəti xəbər

Mingəçevir Turizm Kollecində 4 noyabr 2024-cü il tarixində Mingəçevir şəhərinin 76-cı ildönümü münasibətilə tələbələrdən ibarət şahmat və dama oyunu həyata keçirilib.
Noyabr 5, 2024

Bəyənə biləcəyiniz xəbərlər

651782873_18084608687245590_8515865664647840939_n
Mingəçevir Turizm Kollecinin müəllim və tələbələri Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialının 10 illiyinə həsr edilmiş “Gənclərin inkişaf və liderlik zirvəsi – 2026” tədbirində iştirak ediblər
13 Mart, 2026
649941333_18084380123245590_9071266327686556946_n
Mingəçevir Turizm Kollecində 10 mart 2026-cı il tarixində profilaktik-maarifləndirici tədbir təşkil olunub.
10 Mart, 2026
648389315_18083764652245590_1457810601511134389_n
Mingəçevir Turizm Kollecində 5 mart 2026-cı il tarixində “Women in Tech Azerbaijan” təşkilatı tərəfindən “Rəqəmsal mühitdə qadın və gələcək” mövzusunda təlim keçirilib
6 Mart, 2026

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Mingəçevir Turizm Kollecinin müəllim və tələbələri Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialının 10 illiyinə həsr edilmiş “Gənclərin inkişaf və liderlik zirvəsi – 2026” tədbirində iştirak ediblər
13Mar2026
Mingəçevir Turizm Kollecində 10 mart 2026-cı il tarixində profilaktik-maarifləndirici tədbir təşkil olunub.
10Mar2026
Mingəçevir Turizm Kollecində 5 mart 2026-cı il tarixində “Women in Tech Azerbaijan” təşkilatı tərəfindən “Rəqəmsal mühitdə qadın və gələcək” mövzusunda təlim keçirilib
06Mar2026

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.