Azərbaycan Maarifçilər Assosiasiyası üzvləri Mingəçevir Turizm Kollecinə səfər ediblər.











Azərbaycan Maarifçilər Assosiasiyası üzvləri Mingəçevir Turizm Kollecinə səfər ediblər. Assosiasiyanın üzvləri təcrübə mübadiləsi məqsədi ilə kollecin ərazisini, yeni kütləvi informasiya vasitələri ilə təchiz olunmuş sinif otaqlarını, kompüter otağını, laboratoriya otağını gəzərək əməkdaşlarla və həmçinin kollecin uğurları ilə yaxından tanış olublar. Səfərin əsas məqsədi tələbə və müəllimlər üçün yaradılan şəraiti görmək, kollecin uğurlarını yaxından izləmək, bu uğurların səbəbkarı olan rəhbər və əməkdaşlar ilə görüşmək olub. Daha sonra dəyirmi masa ətrafında səmimi söhbət əsnasında Mingəçevir Turizm Kollecinin ixtisasları və tələbə həyatını əks etdirən videoçarx nümayiş etdirilib. Assosiasiya nümayəndələri görüşdən çox razı qaldıqlarını və gələcək tədbirlərdə də əməkdaşlıq edəcəklərini bildiriblər