MİNGƏÇEVİR TURİZM KOLLECİNDƏ “SAĞLAM HƏYATA «HƏ», NARKOTİKƏ «YOX»!” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

MİNGƏÇEVİR TURİZM KOLLECİNDƏ “SAĞLAM HƏYATA «HƏ», NARKOTİKƏ «YOX»!” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
20 noyabr 2026-cı il tarixində Mingəçevir Turizm Kollecində tələbələrin sağlam həyat tərzi, narkotik vasitələrin yaratdığı təhlükələr və zərərli vərdişlərin fəsadları barədə maarifləndirilməsi məqsədilə “Sağlam həyata «hə», narkotikə «yox»!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin həkim-terapevti Təranə Məmmədova və Mingəçevir Şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun baş inspektoru Nicat Mustafayev iştirak ediblər.
Çıxışlar zamanı narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına vurduğu ciddi zərərlər, narkomaniyanın ağır fəsadları, onun fərdin və bütövlükdə cəmiyyətin gələcəyi üçün yaratdığı təhlükələr haqqında ətraflı məlumat verilib. Eyni zamanda, sağlam həyat tərzinin formalaşdırılmasının, zərərli vərdişlərdən uzaq olmağın və gənclərin öz sağlamlıqlarına məsuliyyətlə yanaşmasının vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb, narkotik asılılığının qarşısının alınması, hüquqi məsuliyyət və sağlam həyat seçimləri ilə bağlı tövsiyələr səsləndirilib.








