YAP Mingəçevir şəhər təşkilatında silsilə görüşlər davam edir: Növbəti tədbir Mingəçevir Turizm Kollecində keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Mingəçevir şəhər təşkilatının ərazi partiya təşkilatlarında silsilə görüşlər davam etdirilir.
Bu çərçivədə 38 saylı ərazi partiya təşkilatında (Mingəçevir Turizm Kolleci) keçirilən görüşdə qurultayda müəyyənləşdirilmiş vəzifələr, qarşıda duran hədəflər və partiyanın gələcək fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı Prezident İlham Əliyevin nitqində əksini tapan mühüm məqamların əhəmiyyəti diqqətə çatdırılıb, partiya üzvlərinin qarşısında duran vəzifələr, təşkilati fəaliyyətin daha da təkmilləşdirilməsi və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Görüş iştirakçıları qurultaydan irəli gələn tapşırıq və tövsiyələrin fəaliyyətlərində əsas istiqamət kimi rəhbər tutulmasının vacibliyini vurğulayıblar.











