Mingəçevir Turizm Kollecinin rəhbərliyi Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə səmimi görüş keçirib

Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanına əsasən 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar günün əsası 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr edilən “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi ilə qoyulub. Bununla da Azərbaycan milli mətbuatının təməli atılıb və ölkəmizdə peşəkar jurnalistikanın inkişafının əsası yaradılıb.
Milli Mətbuat Günü münasibətilə Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov şəhərdə fəaliyyət göstərən media nümayəndələri ilə səhər yeməyi süfrəsi arxasında səmimi görüş keçirib.
Görüş zamanı direktor media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək onların cəmiyyətin obyektiv məlumatlandırılması, maarifləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik prinsiplərinin təbliğindəki mühüm rolunu yüksək qiymətləndirib.
Səmimi və mehriban ab-havada keçən görüşdə media ilə təhsil müəssisələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və gələcək birgə fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.