Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin əməkdaşlarının iştirakı ilə kollecin əməkdaşları üçün maarifləndirici tədbir keçirilib

Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi Elxan Çərkəzov, şöbənin baş əmək müfəttişi Səlim Aslanov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin təlim üzrə sektor müdiri müavini Səbuhi Tahirov və əmək müfəttişi Camal Camalzadənin iştirakı ilə kollecin əməkdaşları üçün maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi üzərindən işçi sayı çox olan, həmçinin ağır, zərərli və təhlükəli sahələrdə fəaliyyət göstərən müəssisələrin müəyyən edilməsi məqsədilə təhlillərin aparılması, işəgötürənlərə əməyin təhlükəsizliyi və gigiyenası, iş yerlərinin attestasiyası, Əmək Məcəlləsində edilmiş son dəyişikliklər, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, habelə qəbul olunmuş əməyin mühafizəsi standartları ilə bağlı məlumatlar verilib.














