Mingəçevir Turizm Kollecində 5 mart 2026-cı il tarixində “Women in Tech Azerbaijan” təşkilatı tərəfindən “Rəqəmsal mühitdə qadın və gələcək” mövzusunda təlim keçirilib

Mingəçevir Turizm Kollecində 5 mart 2026-cı il tarixində “Women in Tech Azerbaijan” təşkilatının icma meneceri Gülşən Səfərova tərəfindən tələbələr üçün “Rəqəmsal mühitdə qadın və gələcək” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, xüsusilə qadınların texnologiya və innovasiya sahələrində rolunun artırılması istiqamətində maarifləndirmə aparmaq olub. Təlim zamanı müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı, bu sahədə yaranan yeni imkanlar və gənclərin həmin imkanlardan səmərəli istifadə etməsinin vacibliyi haqqında ətraflı məlumat verilib.
Təşkilatın əsas missiyası qadınların texnologiya sahəsində təhsil, karyera və liderlik imkanlarının genişləndirilməsinə dəstək göstərməkdir. Gülşən Səfərova öz təcrübəsini tələbələrlə bölüşərək texnologiya sahəsində uğur qazanmaq üçün davamlı öyrənməyin, yaradıcılıq və təşəbbüskarlığın əhəmiyyətini vurğulayıb. Təlim interaktiv müzakirələr şəraitində davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara gələcək karyera planlaması ilə bağlı faydalı tövsiyələr verilib.









