Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov kollec tərəfindən təyin olunmuş və təcrübə bazalarının müəyyən etdiyi təcrübə rəhbərləri ilə görüş keçirib

Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov tədris prosesinin keyfiyyətinin artırılması və istehsalat təcrübəsinin səmərəli təşkili məqsədilə kollec tərəfindən təyin olunmuş və təcrübə bazalarının müəyyən etdiyi təcrübə rəhbərləri ilə görüş keçirib. Görüşün əsas məqsədi tələbələrin praktik hazırlığının gücləndirilməsi, nəzəri biliklərin real iş mühitində tətbiqinin təmin olunması və təcrübə prosesinin normativ-hüquqi çərçivədə təşkilinin təkmilləşdirilməsi olub.
Görüş zamanı istehsalat təcrübəsinin təşkili ilə bağlı mövcud əsasnamə və normativ sənədlər geniş şəkildə müzakirə olunub, təcrübə rəhbərləri həmin sənədlərlə ətraflı şəkildə tanış olublar. Əsasnamənin tələblərinə uyğun olaraq təcrübə müddətində tələbələrin və rəhbərlərin hüquq və vəzifələri, qiymətləndirmə meyarları, hesabatlılıq mexanizmləri və nəzarət prosedurları izah edilib. Direktor Kamal Əhmədov çıxışında vurğulayıb ki, təcrübə prosesinin normativ sənədlərə uyğun şəkildə təşkili təhsilin keyfiyyətinə birbaşa təsir göstərir və gələcək mütəxəssislərin peşəkar formalaşmasında mühüm rol oynayır. Həmçinin, rəhbərlər tərəfindən irəli sürülən təkliflər dinlənilib və qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonda təcrübə prosesinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.













