• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar silsilə anım və maarifləndirici tədbirlər təşkil olunmuşdur

Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar silsilə anım və maarifləndirici tədbirlər təşkil olunmuşdur

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix Fevral 26, 2026

Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar silsilə anım və maarifləndirici tədbirlər təşkil olunmuşdur. Tədbirlər çərçivəsində hər iki növbədə ilk dərs saatları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilmiş, dərslər mövzu üzrə tarixi faktların, beynəlxalq hüquqi qiymətləndirmələrin və faciənin ictimai-siyasi nəticələrinin təhlili istiqamətində aparılmışdır. Tələbə və müəllim heyəti Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir. Anım günü ilə əlaqədar olaraq kollecin binasında Azərbaycan Respublikasının Dövlət Bayrağı yarıya qədər endirilmişdir. Daha sonra kollecin inzibati və pedaqoji heyəti, eləcə də tələbələr Şəhidlər xiyabanını ziyarət etmiş, soyqırımı abidəsi önünə gül dəstələri düzərək Xocalı faciəsi qurbanlarının və Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə etmişlər.

Tədbirlər çərçivəsində kollecdə bədii-publisistik kompozisiya təqdim olunmuşdur. Tələbələr tərəfindən Xocalı faciəsinə həsr edilmiş şeirlər səsləndirilmiş, mövzuya uyğun mono-pyes nümayiş etdirilmişdir. Sonda faciənin tarixi mahiyyətini, insanlıq əleyhinə cinayət xarakterini və beynəlxalq müstəvidə tanıdılması istiqamətində görülən işləri əks etdirən videoçarx nümayiş olunmuşdur. Keçirilmiş silsilə tədbirlərin əsas məqsədi gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, Xocalı soyqırımının hüquqi-siyasi mahiyyəti barədə məlumatlılığın artırılması və şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsidir.

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

18 fevral 2026-cı il tarixində Mingəçevir Turizm Kollecində tələbələrlə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qələbənin digər üzü – Şəhid ailələri” adlı layihə çərçivəsində görüş keçirilib
Fevral 26, 2026

Növbvəti xəbər

27 fevral 2026-cı il tarixində Mingəçevir Turizm Kollecində 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib
Mart 1, 2026

Bəyənə biləcəyiniz xəbərlər

FB_IMG_1782211562179
Bakıda AQEM ölkələrində dairəvi yaşıl turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilir
23 İyun, 2026
IMG-20260622-WA0028
Mingəçevir Turizm Kollecində buraxılış qruplarının istehsalat təcrübəsi üzrə yekun hesabat müdafiəsi uğurla davam edir
22 İyun, 2026
725025822_1627232542742009_2077915801198002484_n
Əziz məzunlar, hörmətli müəllimlər və dəyərli valideynlər!
17 İyun, 2026

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Bakıda AQEM ölkələrində dairəvi yaşıl turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilir
23İyn2026
Mingəçevir Turizm Kollecində buraxılış qruplarının istehsalat təcrübəsi üzrə yekun hesabat müdafiəsi uğurla davam edir
22İyn2026
Əziz məzunlar, hörmətli müəllimlər və dəyərli valideynlər!
17İyn2026

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.