• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Mingəçevir Turizm Kollecinin təşkilatçılığı və Mingəçevir Regional Turizm İdarəsinin tərəfdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” və Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə nəzəri konfrans keçirilib

Mingəçevir Turizm Kollecinin təşkilatçılığı və Mingəçevir Regional Turizm İdarəsinin tərəfdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” və Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə nəzəri konfrans keçirilib

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix Dekabr 12, 2025

Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsin təşkilatçılığı və Mingəçevir Regional Turizm İdarəsinin tərəfdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” və Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə “Dövlət suverenliyi və turizm: perspektivlər və çağırışlar” mövzusunda nəzəri konfrans keçirilib. Tədbirdən əvvəl Mingəçevir Turizm Kolleci və Mingəçevir Regional Turizm İdarəsinin əməkdaşları və tələbələr Ümummilli Liderin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri qoymuşlar. Konfransın rəsmi hissəsi Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda ilk çıxış edən kollecin direktoru Kamal Əhmədov dövlət suverenliyinin qorunması və turizmin inkişaf strategiyaları arasındakı qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğulayıb. Daha sonra Mingəçevir Regional Turizm İdarəsinin rəisi Tural Kərimov mövzu ilə bağlı öz fikirlərini bildirib. Konfrans çərçivəsində müxtəlif məruzələr dinlənilib. Mingəçevir Dövlət Universitetinin müəllimi Əli Nadirov “Azərbaycan–Türkiyə strateji tərəfdaşlığının turizm sektoruna təsiri”, Mingəçevir Turizm Kollecinin Turizm fənn birliyinin sədri Samir Zamanov “Qlobal Onlayn Turizm Agentliklərinin Azərbaycan turizm siyasətinə təsiri”, kollecin turizm müəllimi Kənan Abbasov “Post-müharibə dövründə Qarabağda tarixi, arxeoloji və mədəni irsin bərpası”, River Side Hotelinin direktoru Elşən Muradov isə “Turizm mədəni irsin və milli dəyərlərin qorunması və təşviqi” adlı məruzələri ilə çıxış ediblər. Konfransın sonunda kollecin direktoru Kamal Əhmədov bütün iştirakçılara və dəvətli qonaqlara öz təşəkkürünü bildirib.

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

Mingəçevir Turizm Kollecinin tələbələrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş anım günü ilə bağlı dəyirmi masa təşkil edilib
Dekabr 12, 2025

Növbvəti xəbər

Mingəçevir Turizm Kollecinin tələbələri “31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş ali, orta və peşə məktəbləri komandaları arasında keçirilən oğlanlar arasında voleybol yarışı­­nda iştirak ediblər
Dekabr 17, 2025

Bəyənə biləcəyiniz xəbərlər

606793186_18077207879245590_5548438090114021635_n
Mingəçevir Turizm Kollecində 26 dekabr 2025-ci il tarixində “Narkotikə yox de” layihəsi çərçivəsində “Öz həyatının qəhrəmanı ol” adlı maarifləndirici görüş keçirilib
26 Dekabr, 2025
589924328_18076376900245590_4558510246918709611_n
Mingəçevir Turizm Kollecinin tələbələri “31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş ali, orta və peşə məktəbləri komandaları arasında keçirilən oğlanlar arasında voleybol yarışı­­nda iştirak ediblər
17 Dekabr, 2025
587458473_18075862880245590_8068495302258429120_n
Mingəçevir Turizm Kollecinin tələbələrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş anım günü ilə bağlı dəyirmi masa təşkil edilib
11 Dekabr, 2025

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Mingəçevir Turizm Kollecində 26 dekabr 2025-ci il tarixində “Narkotikə yox de” layihəsi çərçivəsində “Öz həyatının qəhrəmanı ol” adlı maarifləndirici görüş keçirilib
26Dek2025
Mingəçevir Turizm Kollecinin tələbələri “31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş ali, orta və peşə məktəbləri komandaları arasında keçirilən oğlanlar arasında voleybol yarışı­­nda iştirak ediblər
17Dek2025
Mingəçevir Turizm Kollecinin təşkilatçılığı və Mingəçevir Regional Turizm İdarəsinin tərəfdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” və Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə nəzəri konfrans keçirilib
12Dek2025

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.