Mingəçevir Turizm Kollecinin tələbələri “31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş ali, orta və peşə məktəbləri komandaları arasında keçirilən oğlanlar arasında voleybol yarışında iştirak ediblər

Mingəçevir Turizm Kollecinin tələbələri Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş ali, orta və peşə məktəbləri komandaları arasında keçirilən oğlanlar arasında voleybol yarışında iştirak ediblər. Yarış 15 dekabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin idman zalında baş tutub. Kollecin komandası turnirdə 2-ci yerin qalibi olub.
Mingəçevir Turizm Kollecinin kollektivi olaraq tələbələrimizi təbrik edir və onlara uğurlar arzulayırıq.






