Mingəçevir Turizm Kollecinin komandası 20 noyabr 2025-ci il tarixində Azərbaycan Texnologiya Universitetində Konstitusiya və Suverenlik ili çərçivəsində keçirilən “Zəfərimiz əbədidir” adlı intellektual yarışda iştirak edib

Mingəçevir Turizm Kollecinin komandası 20 noyabr 2025-ci il tarixində Azərbaycan Texnologiya Universitetində Konstitusiya və Suverenlik ili çərçivəsində keçirilən “Zəfərimiz əbədidir” adlı intellektual yarışda iştirak edib. Komandamız yarışda iştirak edən 17 komanda arasında dördüncü, kolleclər arasında isə birinci yeri qazanaraq yüksək nəticə göstərib. Komandamızın bütün üzvlərini əldə etdikləri nailiyyət münasibətilə təbrik edir, növbəti yarışlarda yeni uğurlar arzu edirik.







