• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Mingəçevir Turizm Kollecində Zəfər gününə həsr olunmuş “8 Noyabr – Tarixi Zəfər Günümüz” adlı tədbir keçirilib.

Mingəçevir Turizm Kollecində Zəfər gününə həsr olunmuş “8 Noyabr – Tarixi Zəfər Günümüz” adlı tədbir keçirilib.

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix Noyabr 7, 2023

Mingəçevir Turizm Kollecində Zəfər gününə həsr olunmuş “8 Noyabr – Tarixi Zəfər Günümüz” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini Cəlil Məlikov, Şəhid valideynləri, qazilər və Mingəçevir Turizm Kollecinin müəllim və tələbə heyəti iştirak edib. Tədbirdə Ümummilli lider Heydər Əliyevin, birinci və ikinci Qarabağ müharibəsində və antiterror əməliyyatlarında canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov çıxışında bildirib ki, 2020 – ci ilin 8 noyabr tarixi-Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi yadda qaldı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Daha sonra Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini Cəlil Məlikov çıxışında 8 Noyabr tarixinin Zəfər günü kimi qeyd edilməsindən qürur duyduğunu, eyni zamanda bu qüruru bizə yaşatdığı üçün əbədiyaşar şəhidlərimizə və öz sağlamlıqlarını torpaqlarımızın bütövlüyü və suverenliyi uğrunda qurban vermiş qazilərimizə borclu olduğumuzu bildirib. Hərbçilərimizin cəsarətindən, şücaətindən və Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər səlnaməsindən bəhs edib. Tədbir Şəhid valideynlərinin, qazilərin, Mingəçevir Turizm Kollecinin müharibə iştirakçısı əməkdaşlarının çıxışları ilə davam edib.

Tədbirdən sonra Cəlil Məlikov və Mingəçevir Turizm Kollecinin kollektivi Mingəçevir şəhər Şəhidlər xiyabanını ziyarət ediblər.

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

Mingəçevir Turizm Kollecinin tələbələri Azərbaycan Texnologiya Universitetinin təşkil etdiyi 8 noyabr "Zəfər Günü" nə həsr olunmuş "Zəfərimiz əbədidir" mövzusunda intellektual oyunda iştirak edib.
Noyabr 7, 2023

Növbvəti xəbər

Mingəçevir şəhərinin 75 illiyi ilə bağlı tədbirlər planına uyğun olaraq Kür çayının sahilində "Təhsil sərgisi" keçirilib. Sərgidə Mingəçevir Turizm Kollecinin kollektivi iştirak edib.
Noyabr 11, 2023

Bəyənə biləcəyiniz xəbərlər

FB_IMG_1782211562179
Bakıda AQEM ölkələrində dairəvi yaşıl turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilir
23 İyun, 2026
IMG-20260622-WA0028
Mingəçevir Turizm Kollecində buraxılış qruplarının istehsalat təcrübəsi üzrə yekun hesabat müdafiəsi uğurla davam edir
22 İyun, 2026
725025822_1627232542742009_2077915801198002484_n
Əziz məzunlar, hörmətli müəllimlər və dəyərli valideynlər!
17 İyun, 2026

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Bakıda AQEM ölkələrində dairəvi yaşıl turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilir
23İyn2026
Mingəçevir Turizm Kollecində buraxılış qruplarının istehsalat təcrübəsi üzrə yekun hesabat müdafiəsi uğurla davam edir
22İyn2026
Əziz məzunlar, hörmətli müəllimlər və dəyərli valideynlər!
17İyn2026

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.