• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Mingəçevir Turizm Kollecində Novruz Bayramı və İlaxır çərşənbə münasibətilə bayram tədbiri keçirilib

Mingəçevir Turizm Kollecində Novruz Bayramı və İlaxır çərşənbə münasibətilə bayram tədbiri keçirilib

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix Mart 17, 2026

Mingəçevir Turizm Kollecində Novruz Bayramı və İlaxır çərşənbə münasibətilə milli-mənəvi dəyərlərin təbliği və yaşadılması, Novruz bayramının mədəni irs nümunəsi kimi gənc nəslə çatdırılması məqsədilə bayram tədbiri keçirilib. Tədbirdə kollecin qonaqları qismində “Üçüncü Bahar” İctimai Birliyi Mingəçevir Yaşa Mərkəzinin üzvləri iştirak etməklə yanaşı eyni zamanda proqramın bədii və təşkilati hissələrində də fəallıq nümayiş etdiriblər.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin açılışında çıxış edən kollecin direktoru Kamal Əhmədov Novruz bayramının xalqımızın əsrlərdən bəri yaşatdığı zəngin milli-mənəvi irsin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, Novruz yalnız təbiətin oyanışını deyil, həm də xalqımızın birlik, bərabərlik, mərhəmət və həmrəylik kimi ali dəyərlərini özündə ehtiva edir. Direktor qeyd edib ki, bu gün Novruzun işğaldan azad olunmuş torpaqlarımızda da böyük qürur və sevinc hissi ilə qeyd olunması bayramın mənəvi dəyərini daha da artırır. Kamal Əhmədov tədbir iştirakçılarını Novruz və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.

Daha sonra Yaşa Mərkəzin rəhbəri Validə Əlizadə çıxış edərək Novruz bayramının cəmiyyətimizdə milli kimliyin, birlik ruhunun və mənəvi bağlılığın güclənməsində mühüm rol oynadığını diqqətə çatdırıb. O, xüsusilə gənclərin bu dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəal iştirakının vacibliyini vurğulayıb.

Tədbirin bədii hissəsi Novruz adət-ənənələrinin, xalq folklorunun və milli mədəniyyət nümunələrinin təqdimatı ilə yadda qalıb. Proqram çərçivəsində Kosa, Keçəl, Bahar qızı və Dədə Qorqud kimi simvolik obrazlar bayram ab-havasını daha da zənginləşdirib. Tələbələr və Mingəçevir Yaşa Mərkəzinin üzvlərinin birgə hazırladıqları səhnə-kompozisiya, ifa olunan haqqıştalar, mahnılar, milli rəqslər və səhnəciklər Novruzun zəngin mədəni irsini əyani şəkildə nümayiş etdirib. Tədbirin sonunda Novruz ənənəsinə uyğun olaraq tonqal alovlandırılıb. Tonqal kollecin əməkdaşı, şəhid leytenant Kənan Abdullayevin anası Azadə xanım və Yaşa Mərkəzin rəhbəri Validə xanım tərəfindən yandırılıb.

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

Mingəçevir Turizm Kollecinin müəllim və tələbələri Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialının 10 illiyinə həsr edilmiş “Gənclərin inkişaf və liderlik zirvəsi – 2026” tədbirində iştirak ediblər
Mart 17, 2026

Növbvəti xəbər

Mingəçevir Turizm Kollecinin müəllim və tələbə kollektivi Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan “Novruz bayramı” ümumşəhər tədbirində iştirak edib
Mart 19, 2026

Bəyənə biləcəyiniz xəbərlər

IMG-20260319-WA0034
Mingəçevir Turizm Kollecinin müəllim və tələbə kollektivi Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan “Novruz bayramı” ümumşəhər tədbirində iştirak edib
19 Mart, 2026
651782873_18084608687245590_8515865664647840939_n
Mingəçevir Turizm Kollecinin müəllim və tələbələri Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialının 10 illiyinə həsr edilmiş “Gənclərin inkişaf və liderlik zirvəsi – 2026” tədbirində iştirak ediblər
13 Mart, 2026
649941333_18084380123245590_9071266327686556946_n
Mingəçevir Turizm Kollecində 10 mart 2026-cı il tarixində profilaktik-maarifləndirici tədbir təşkil olunub.
10 Mart, 2026

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Mingəçevir Turizm Kollecinin müəllim və tələbə kollektivi Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan “Novruz bayramı” ümumşəhər tədbirində iştirak edib
19Mar2026
Mingəçevir Turizm Kollecində Novruz Bayramı və İlaxır çərşənbə münasibətilə bayram tədbiri keçirilib
17Mar2026
Mingəçevir Turizm Kollecinin müəllim və tələbələri Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialının 10 illiyinə həsr edilmiş “Gənclərin inkişaf və liderlik zirvəsi – 2026” tədbirində iştirak ediblər
13Mar2026

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.