Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda II Qarabağ müharibəsinin şəhidi Fuad Xankişiyevə həsr olunmuş qısa metrajlı film nümayiş etdirilib

Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda II Qarabağ müharibəsinin şəhidi Fuad Xankişiyevə həsr olunmuş qısa metrajlı film nümayiş etdirilib. İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib. Tədbirdə kollecin əməkdaşı və şəhid anaları çıxış edərək şəhidlərin keçdiyi şərəfli döyüş yolundan və onların qəhrəmanlıqlarından danışıblar. Sonda şəhid anaları Mingəçevir Turizm Kollecinin kitabxanasında yaradılmış şəhidlər guşəsini ziyarət ediblər.














