Mingəçevir Turizm Kollecində 22 yanvar 2026-cı il tarixində Gabala Hospitality Group-un İnsan Resursları üzrə direktoru Babək Müzəffərovun iştirakı ilə “Turizmdə İnsan Kapitalının İnkişafı” mövzusunda ustad dərsi keçirilib

Mingəçevir Turizm Kollecində 22 yanvar 2026-cı il tarixində Gabala Hospitality Group-un İnsan Resursları üzrə direktoru Babək Müzəffərovun iştirakı ilə “Turizmdə İnsan Kapitalının İnkişafı” mövzusunda ustad dərsi keçirilib.
Təlim zamanı tələbələrə turizm sahəsində insan resurslarının rolu, peşəkar kadr hazırlığı, əmək bazarının mövcud tələbləri, eləcə də insan kapitalının davamlı inkişafının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Təlim interaktiv müzakirələr və sual-cavab formatında keçirilib, tələbələri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.















