Mingəçevir Turizm Kollecində 1 iyun 2025-ci il tarixində başlayan, keçmiş məcburi köçkünlərin rəqəmsal bacarıqlarının inkişafı üçün nəzərdə tutulmuş iki aylıq təlim proqramı 30 iyul tarixində başa çatıb.

Təlimin sonunda “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin nümayəndələri təlimlərə qatılan keçmiş məcburi köçkünlərin rəqəmsal bacarıqlarının yekun qiymətləndirilməsini həyata keçiriblər.
Tədbirdə çıxış edən “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin sədri Fərman Nəbiyev layihənin məqsədindən danışaraq qeyd edib ki, bu cür təşəbbüslər keçmiş köçkünlərin bilik və bacarıqlarının inkişafına, onların əmək bazarına inteqrasiyasına töhfə verir.
Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov da çıxış edərək təlimlərin kollecdə yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, kollecin hər zaman sosial layihələrə dəstək göstərdiyini və bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib.
Təlimləri uğurla başa vuran iştirakçılar yekun imtahanda bilik və bacarıqlarını nümayiş etdirib, sonda onlara sertifikatlar təqdim olunub.