Mingəçevir Turizm Kollecinə yeni qəbul olunmuş tələbələrlə görüş keçirilib

Mingəçevir Turizm Kollecinə yeni qəbul olunmuş tələbələrlə görüş keçirilib. 2 oktyabr 2025-ci il tarixində baş tutan görüşdə Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov tələbələrə kollecin fəaliyyəti, tədris prosesi və yaradılan imkanlar haqqında ətraflı məlumat verib. Direktor çıxışında təhsil müəssisəsində nizam-intizam qaydalarına ciddi riayət olunmasının vacibliyini xüsusi vurğulayıb. Kamal Əhmədov bildirib ki, tələbələrin uğurlu təhsil alması və gələcəkdə peşəkar kadr kimi formalaşması, ilk növbədə, onların məsuliyyətli davranışından, dərslərdə fəallığından və intizamlı olmasından asılıdır. Tədbir dialoq şəraitində davam edib, direktor sualları cavablandıraraq tələbələrə uğurlar arzulayıb.














