Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsi 24 oktyabr 2025-ci il tarixində Mingəçevir şəhərində keçirilən Regional Universitet–Sənaye Birliyi Sammitində iştirak edib.

Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsi 24 oktyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti, HBN Group və Azərbaycan–Türkiyə İş Adamları Birliyinin təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən Regional Universitet–Sənaye Birliyi Sammitində iştirak edib. Sammitin əsas məqsədi tələbə və gənclərin iş dünyası ilə birbaşa əlaqələrinin qurulmasına, real vakansiyalar və praktiki təcrübə imkanları barədə məlumatlılığının artırılmasına şərait yaratmaq olub. Tədbirdə 100-dən artıq müəssisə iştirak edib.Tədbir çərçivəsində Mingəçevir Turizm Kollecinin nümayəndələri vətəndaşlara kollecdə mövcud təhsil imkanları və vakant yerlər barədə ətraflı məlumat veriblər.


















