Mingəçevir Turizm Kollecinin və Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl Dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı “İşğaldan azad olunmuş torpaqlarda yaşıl turizmin formalaşması və inkişaf istiqamətləri” mövzusunda birgə təşkil etdiyi debatın final mərhələsi 20 oktyabr 2024-cü il tarixində başa çatdı.

Mingəçevir Turizm Kollecinin və Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl Dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı “İşğaldan azad olunmuş torpaqlarda yaşıl turizmin formalaşması və inkişaf istiqamətləri” mövzusunda birgə təşkil etdiyi debatın final mərhələsi 20 oktyabr 2024-cü il tarixində başa çatdı.
Debat ilk mərhələlərdə təlim xarakterli həyata keçirildi. Təlim zamanı, hakimlər tərəfindən Mingəçevir Turizm Kollecinin tələbələrinə debat haqqında əsas anlayışlar, onun strukturu və oynanılma qaydası izah edildi.
20 oktyabr 2024-cü il tarixində “İşğaldan azad olunmuş torpaqlarda yaşıl turizmin formalaşmasında gənclərin rolu əsas faktordur” adlı final oynunda, “Gənclər” və “Rose thorn” komandaları çıxış etdilər. Oyunun sonunda qalibiyyət “Rose thorn” komandasına verildi.





