Mingəçevir Turizm Kollecinin müəllimi Xəyalə Abbasovanın “Marketinqin əsasları” fənnindən açıq dərsi həyata keçirilib.
Mingəçevir Turizm Kollecinin “Sosial, iqtisadi və texniki fənn birləşmə komissiyası”nın müəllimi Xəyalə Abbasovanın “Marketinqin əsasları” fənnindən Məhsulların satışının həvəsləndirilməsi. Marketinqdə qiymətqoyma siyasəti mövzusunda TİT-9/10 qrupu ilə açıq dərs həyata keçirilib.
Tələbələr üçün təşkil edilən açıq dərs zamanı ixtisasa uyğun olaraq otellərdə reklamın aparılması, yerli bazarla dünya bazarı arasında olan fərq barəsində müzakirələr aparılıb. Həmçinin məhsullara qiymət qoyulması, paylanılması, bölüşdürülməsi və marketlərdə yerləşdirilməsi haqqında geniş məlumatlar verilib. Həmçinin tələbələrin iştirakı ilə intellektual oyunlar həyata keçirilib.