Mingəçevir Turizm Kollecinin əməkdaşları Şəki şəhərində istehsalat müəssisələrində təcrübə keçən tələbələrin fəaliyyətini monitorinq ediblər

Mingəçevir Turizm Kollecinin əməkdaşları Şəki şəhərində istehsalat müəssisələrində təcrübə keçən tələbələrin fəaliyyətini monitorinq ediblər.
Mingəçevir Turizm Kollecinin Tədrisdə Keyfiyyətin Təminatı Şöbəsinin əməkdaşları və təcrübə rəhbəri “BioGarden” aqro-ekoturizm təsərrüfatında və “Marxal Müalicə İstirahət Kompleksi”ndə buraxılış qruplarının “Aqroturizm”, “İaşə müəssisələrinin servisi”, “Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi” ixtisasları üzrə təcrübə prosesini monitorinq ediblər.












