Mingəçevir Turizm Kollecində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “22 Aprel – Beynəlxalq Yer Kürəsi Günü” ilə əlaqədar kollecin həyətyanı sahəsində təmizlik-abadlıq işləri aparılıb.
Mingəçevir Turizm Kollecində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “22 Aprel – Beynəlxalq Yer Kürəsi Günü” ilə əlaqədar kollecin həyətyanı sahəsində təmizlik-abadlıq işləri aparılıb. “Yer Kürəsi Günü”nün vacibliyini tələbələrə mənimsətmək məqsədilə, əvvəlcə kollecin həyətində maarifləndirici məlumatlar verilib daha sonra kollecin kollektivini, eləcə də tələbələri yaşıllıqlara diqqətin artırılmasına, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına yardımçı olmağa, atmosferin oksigenlə zənginləşdirilməsinə töhfə verməyə çağırılıb. Təmizlik- abadlıq işlərində kollecin direktoru Kamal Əhmədov, bir qrup müəllim və tələbə heyəti iştirak edib, ağaclar əkilib və təmizlik işləri aparılıb.
Ekoloji aksiyada gənclər təşkilatın fəalları yeni əkilən ağacları suvarıb, aqrotexniki qaydada qulluq göstəriblər. İştirakçılar bu təşəbbüsün ətraf mühitin mühafizəsi, hava məkanının sağlamlaşdırılması və iqlimin yaxşılaşdırılmasına böyük töhfə verəcəyini qeyd ediblər.
Qeyd edək ki, Yer Kürəsi Günü ilk dəfə 1970-ci ildə qeyd olunub və 20 milyona yaxın insan ətraf mühitin qorunmasına diqqəti artırmaq üçün müxtəlif tədbirlər təşkil edərək öz fikirlərini ifadə edib. 2009-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, beynəlxalq Yer Kürəsi Günü hər il 22 aprel tarixində qeyd olunur.