• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Mingəçevir Turizm Kollecində “Azərbaycanda Turizm sektorunun inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu” mövzusunda nəzəri konfrans keçirilib.

Mingəçevir Turizm Kollecində “Azərbaycanda Turizm sektorunun inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu” mövzusunda nəzəri konfrans keçirilib.

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix İyul 12, 2023

Mingəçevir Turizm Kollecində “Azərbaycanda Turizm sektorunun inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu” mövzusunda nəzəri konfrans keçirilib.
Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov iştirakçıları salamlayaraq konfransı açıq elan edib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Çıxış edən kollecin direktoru Kamal Əhmədov Ulu Öndərin xalqımızın taleyində oynadığı misilsiz rolundan, dünya şöhrətli siyasi xadimin öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratmasından, 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil etməsindən, Ümummilli liderin dövlətçilik konsepsiyasının Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olmasından bəhs edərək, konfrans iştirakçılarını Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx izləməyə dəvət edib.
Daha sonra Mingəçevir Turizm Kollecinin Tədris işləri üzrə direktor müavini Aynurə Abbasova “Azərbaycanda turizmin inkişafı Ulu Öndərin adı ilə bağlıdır” adlı məruzəsində qeyd edib ki, dünyanın bir çox ölkələrində ümumi daxili məhsulun formalaşmasında, yeni iş yerlərinin yaradılmasında və əhalinin məşğulluğunun təmin edilməsində, xarici ticarət balansının aktivləşdirilməsində əhəmiyyətli rol oynayan turizmin ölkəmizdə inkişafı da məhz Heydər Əliyev dühasının bariz nümunəsidir. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi seçildikdən sonra digər sahələr kimi insanların istirahətinin təmin edilməsinə də xüsusi diqqət yetirirdi.

Sosial, iqtisadi və texniki FBK-nın sədri, iqtisadiyyat müəllimi Abbasova Xəyalə “Azərbaycanda qeyri neft sektorunun inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” adlı məruzəsində qeyd edib ki, Heydər Əliyevin qeyri-neft sektorunda böyük təşkilatçılıq fəaliyyəti, həyata keçirdiyi qəti tədbirlər nəticəsində kənd təsərrüfatı istehsalının əsaslı yüksəlişinin təməli qoyuldu. Respublikamızda aqrar islahatların hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsində Heydər Əliyev misilsiz xidmət göstərdi.
Mingəçevir Turizm Kolleci Turizm fənn birliyinin sədri Samir Zamanov “Heydər Əliyev 2002-2005 ci illər üçün turizmin inkişafının Dövlət Proqramı” adlı çıxışında Heydər Əliyevin təşəbbüsü ilə təsdiq olunmuş 2002-2005 ci illər Turizm inkişafı proqramının əhəmiyyətindən, vəzifələrindən, görülən tədbirlərdən və nəticələrindən bəhs edib. O, həmçinin Heydər Əliyevin turizmin inkişafı üçün ölkəmizdə hər cür şərait yaratdığını, Azərbaycan Respublikasının nadir təbii-iqlim xüsusiyyətləri, landşaftı, Xəzər dənizinin günəşli çimərliklərə və ən uzun çimərlik mövsümünə malik olması Azərbaycanda turizm sənayesinin mühüm ehtiyat mənbələri olduğunu bildirib.
Mingəçevir Turizm Kollecinin turizm müəllimi Elşad Səmədov “İşğaldan azad olunmuş ərazilərdə Turizm perspektivləri və görülən işlər” adlı məruzəsində bildirib ki, üstün zəkaya, nadir siyasi qabiliyyətə və mükəmməl dövlət idarəetməsinə görə ad qazanmış Ulu Öndər Heydər Əliyev nəinki postsovet məkanında, Türk dünyasında, eləcə də bütün dünyanın diqqət mərkəzində idi. Onun hadisələri dolğun proqnozlaşdırmaq qabiliyyəti və dərin düşüncəsi sayəsində Azərbaycan bu qədər güclənə və özünü təsdiqləyə bildi. Bu gün bütün azərbaycanlılar Azərbaycan dövlətinin varlığı üçün o böyük insana əbədi olaraq borcludurlar.

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

Mingəçevir Turizm Kollecinin idarəetmə heyətinin iştirakı ilə Ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı "14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün" mövzusunda dəyirmi masa keçirilib. 
İyul 12, 2023

Növbvəti xəbər

Mingəçevir Turizm Kollecində 2022-2023-cü tədris ili üçün Pedaqoji Şuranın sonuncu iclası keçirilib.
İyul 14, 2023

Bəyənə biləcəyiniz xəbərlər

575754017_18072775955245590_9091026604390969165_n
12 noyabr 2025-ci il tarixində Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
12 Noyabr, 2025
573700747_18072220046245590_7847529133043391483_n
Mingəçevir Turizm Kollecinin müəllim və tələbələri Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Kapital Bank” ASC-nin, “Qırmızı Ürəklər” Fondunun və “PMD Group”un birgə həyata keçirdiyi “Qəhrəmanlar bağı” layihəsi çərçivəsində şəhərin şərq giriş qapısı yaxınlığındakı yaşıllıq zolağında, 280 metrlik ərazidə birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə şam ağacları əkiblər. Bu məqsədlə təşkil olunan ağacəkmə aksiyasında kollecin tələbələri fəal iştirak ediblər.
7 Noyabr, 2025
574481467_18072204488245590_6499658051526575400_n
Mingəçevir Turizm Kollecində 6 noyabr 2025-ci il tarixində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının qorunması” mövzusunda tədbir keçirilib
7 Noyabr, 2025

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

12 noyabr 2025-ci il tarixində Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
12Noy2025
Mingəçevir Turizm Kollecinin müəllim və tələbələri Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Kapital Bank” ASC-nin, “Qırmızı Ürəklər” Fondunun və “PMD Group”un birgə həyata keçirdiyi “Qəhrəmanlar bağı” layihəsi çərçivəsində şəhərin şərq giriş qapısı yaxınlığındakı yaşıllıq zolağında, 280 metrlik ərazidə birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə şam ağacları əkiblər. Bu məqsədlə təşkil olunan ağacəkmə aksiyasında kollecin tələbələri fəal iştirak ediblər.
07Noy2025
Mingəçevir Turizm Kollecində 6 noyabr 2025-ci il tarixində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının qorunması” mövzusunda tədbir keçirilib
07Noy2025

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.