• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Mingəçevir Turizm Kolleci və Mingəçevir Regional Turizm İdarəsinin birgə təşkilatçılığı ilə   Ümummilli Lider Heydər Əliyevin 102- ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib

Mingəçevir Turizm Kolleci və Mingəçevir Regional Turizm İdarəsinin birgə təşkilatçılığı ilə   Ümummilli Lider Heydər Əliyevin 102- ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix May 9, 2025

Mingəçevir Turizm Kolleci və Mingəçevir Regional Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102- ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.Tədbirlər planı çərçivəsində idarənin və kollecin əməkdaşları Heydər Əliyev abidəsini ziyarət edib, abidə önünə qərənfillər düzüb, hörmət duruşu nümayiş etdiriblər. Tədbirlər Mingəçevir Turizm Kollecində davam etdirilib. Kollecdə təşkil olunmuş “Ulu Öndər Heydər Əliyevin Azərbaycan turizminin inkişafında rolu” mövzusunda dəyirmi masada ilk öncə Ulu Öndərin və vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndərin həyatına həsr olunmuş videoçarx nümayiş etdirilib. Dəyirmi masada çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov bildirib ki, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu və memarı kimi fəaliyyətə başladığı ilk gündən xalqımızın milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə xüsusi önəm vermiş və bu sahədə davamlı siyasət həyata keçirmişdir. Bu gün Azərbaycan turizminin əldə etdiyi nailiyyətlər, beynəlxalq müstəvidə tanınması və inkişaf perspektivləri məhz Ümummilli liderin strateji baxışları və uzaqgörən siyasətinin nəticəsidir.
Daha sonra çıxış edən Mingəçevir Regional Turizm idarəsinin rəisi Tural Kərimov bildirib ki, bu cür görüşlər gənclərin turizm sahəsində biliklərinin artırılması, dövlətin turizm siyasətinin daha dərindən mənimsənilməsi və regionların turizm potensialının tanıdılması baxımından önəmlidir. O vurğulayıb ki, turizm həm iqtisadi, həm də mədəni baxımdan ölkənin inkişafında mühüm rol oynayır və regionlarda bu sahənin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir.
Dəyirmi masa kollecin müəllimləri Nuridə Zülfüqarova, Aydın Rəhimov və Mingəçevir Regional Turizm İdarəsinin baş məsləhətçisi Samirin Xanlayevin çıxışları ilə davam edib.
Ümummilli liderin 102-ci ildönümünə həsr olunmuş tədbirlərin davamı olaraq kollecin həyətyanı sahəsində tədbir iştirakçılarının iştirakı ilə gül əkmə aksiyası keçirilib. Qızılgüllərin əkildiyi aksiya Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi məqsədini daşıyıb.

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Mingəçevir Turizm Kollecinin tələbələri ilə görüş keçirib.
May 9, 2025

Növbvəti xəbər

Mingəçevir Turizm Kollecində 2024-2025-ci tədris ilinin ikinci yarımilində açıq dərslər uğurla davam edir
May 13, 2025

Bəyənə biləcəyiniz xəbərlər

610774843_18078315482245590_4259394240390587798_n
Mingəçevir Turizm Kollecində 7 yanvar 2026-cı il tarixində “Valideynlər Şurası”nın növbəti iclası keçirilib.
7 Yanvar, 2026
IMG-20251229-WA0003
Mingəçevir Turizm Kollecində 2025–2026-cı tədris ilinin payız semestri üzrə imtahan sessiyasına start verilib.
29 Dekabr, 2025
606793186_18077207879245590_5548438090114021635_n
Mingəçevir Turizm Kollecində 26 dekabr 2025-ci il tarixində “Narkotikə yox de” layihəsi çərçivəsində “Öz həyatının qəhrəmanı ol” adlı maarifləndirici görüş keçirilib
26 Dekabr, 2025

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Mingəçevir Turizm Kollecində 7 yanvar 2026-cı il tarixində “Valideynlər Şurası”nın növbəti iclası keçirilib.
07Yan2026
Mingəçevir Turizm Kollecində 2025–2026-cı tədris ilinin payız semestri üzrə imtahan sessiyasına start verilib.
29Dek2025
Mingəçevir Turizm Kollecində 26 dekabr 2025-ci il tarixində “Narkotikə yox de” layihəsi çərçivəsində “Öz həyatının qəhrəmanı ol” adlı maarifləndirici görüş keçirilib
26Dek2025

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.