Mingəçevir Turizm Kollecinin “Muzey işi və abidələrin qorunması ” və “Turizm bələdçiliyi” ixtisası tələbələri “Heydər Əliyev ili” və “Mingəçevir şəhərinin 75 illiyi” ilə bağlı tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində və Mingəçevir şəhər Tarix muzeyində ekskursiyada olublar. Heydər Əliyev …
27 sentyabr 2023-ci il tarixində Mingəçevir Turizm Kollecinin rəhbərliyi və əməkdaşlarından ibarət kollektivi Vətən müharibəsinin üçüncü il dönümü ərəfəsində Mingəçevir Şəhər Şəhidlər Xiyabanını ziyarət edib. Kollektiv Şəhidlər Xiyabanında Vətən müharibəsi, həmçinin Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması zamanı canlarından keçən …
Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq!Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin.
Ordumuz tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı Mingəçevir Turizm Kollecinin tələbəsi, ordumuzun hərbi qulluqçusu İdrisov Bəxtiyar İxtiyar oğlu şəhidlik zirvəsinə ucalıb. Allah rəhmət etsin.
Ordumuz tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı Mingəçevir Turizm Kollecinin tələbəsi, ordumuzun hərbi qulluqçusu Səfərov Gökhan İlqar oğlu şəhidlik zirvəsinə ucalıb. Allah rəhmət etsin.
Mingəçevir Turizm Kollecində dəyirmi masa: “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır. Mingəçevir Turizm Kollecinin və YAP Mingəçevir şəhər təşkilatının birgə hazırladıqları tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad …
Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov başda olmaqla bütün əməkdaşlar şagird və tələbələri “Bilik günü” münasibəti ilə təbrik edir, onlara tədris ilində yeni hədəflərə doğru fəxarətli yolda müvəffəqiyyətlər arzulayırlar.
Mingəçevir Turizm Kollecində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir həyata keçirilmişdir.










