• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Mingəçevir Turizm Kolleci 501 tələbəsini məzun etdi.

Mingəçevir Turizm Kolleci 501 tələbəsini məzun etdi.

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix İyun 1, 2022

Mingəçevir Turizm Kolleci 501 tələbəsini məzun etdi.
2022-ci ilin 31 may tarixində M.Davudova adına Mingəçevir Şəhər Dram Teatrında Mingəçevir Turizm Kollecinin təşkilatçılığı ilə Məzun günü münasibətilə təntənəli tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və məzun tələbələrin səhnəyə çıxışı ilə başlayıb.
Tədbirdə 501 məzun tələbə və kollecin kollektivi, Mingəçevir Gənclər və İdman İdarəsinin direktoru Kamal Nəcəfli, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəsisəsinin direktoru Tural Kərimov, “Ağ Saray Delux Otel”-in direktoru Kənan Hənifəyev, “Kür Olimpia Tədris İdman Mərkəzi”-in direktoru Ceyhun Mirzəyev, “İşıqlı Gələcək Gənclər İctimai Birliyi”-nin sədri Samrin Xanlayev, ictimaiyyət və media nümayəndələri, şəhid anaları və valideynlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov tədbir iştirakçılarını salamlayıb, məzun günü münasibətilə ən xoş arzularını çatdırıb. K.Əhmədov tədbir iştirakçılarını birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, İyul döyüşləri, ikinci Qarabağ müharibəsi və 30 illik işğal dövründə qəhrəmanlıq zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Bu qələbənin banisi olub, əzəli torpaqlarımızın azad olunması yolunda canından keçən şəhidlərə Allahdan rəhmət diləyib, qazi əsgər və zabitlərimizə şəfa arzulayıb. O öz çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan əsgərinin sayəsində bugün Qarabağ inkişaf edir, çiçəklənir. Mingəçevir Turizm Kolleci isə öz missiyasına uyğun olaraq turizm sahəsində kadr hazırlığını peşəkar səviyyədə həyata keçirərək bu inkişafa öz töhvəsini verir. Həmçinin K.Əhmədov ölkə prezidenti cənab İlham Əliyev tərəfindən qeyri-neft sektoruna aid olan turizmin inkişafı məqsədilə atılan addımları qeyd edərək bu sahənin ölkə səviyyəsində inkişafının prioritet məsələ olduğunu nəzərə çatdırıbdır. Kollecin öz missiyasını həyata keçirmək üçün göstərdiyi qayğıya görə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri cənab Fuad Nağıyevə öz təşəkkürünü bildirib.
Daha sonra Mingəçevir Gənclər və İdman İdarəsinin direktoru Kamal Nəcəfli öz çıxışında məzun günü münasibətilə tələbələri təbrik edib və kollecin yarandığı gündən etibarən fəaliyyəti dövründə gəncliyə, gələcəyə və idmana verdiyi töhvənin əhəmiyyətini qeyd edib.
Həmçinin Tədrisdə Keyfiyyətin Təminatı şöbəsinin müdiri Samirə Abbasova məzun tələbələrə uğurlar arzulayıb və onların gələcək üçün potensiallı kadr kimi formalaşmasında kollec təhsilinin rolunu vurğulayıb, bu uğurun gələcəkdə də davam etməsini arzu edib.
Bundan sonra kollecin ədəbiyyat müəllimi Kifayət Əliyeva məzun tələbələri təbrik etmək üçün dahi şair Bəxtiyar Vəhabzadənin şeirini səsləndirib. Ardından söz şəhid analarına verilib və onlar kollec rəhbərliyinin şəhid ailələrinə olan qayğısından məmnunluqlarını ifadə edib, tələbələrə xoş arzularını çatdırıb.
Tədbirdə əsl bayram əhval-ruhiyyəsi hiss olunurdu. Məzun libasında olan tələbələr böyük sevinclə çıxış edib, hazırladıqları mahnıları oxuyub, şeirlər deyib, rəqs və musiqi alətində ifa ediblər.
Sonda kollecin direktoru Kamal Əhmədov tərəfindən səhnədə təhsil aldığı müddət ərzində kollecin sosial-ictimai həyatında aktiv rolu olan, ölkə tədbirləri və yarışlarda yer qazanan 20 tələbə və kollecin kollektivindən 5 nəfər fəxri fərmanla təltif olunub.
Direktor və müəllim kollektivi ilə şəkillər çəkilərək yekunlaşan tədbir rəngarəng və səmimi anlarla yadda qalıb. Bir daha Mingəçevir Turizm Kolleci adından bütün məzunlarımıza uğurlar arzulayırıq!

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

Respublika gününə həsr olunmuş yarışda Mingəçevir Turizm Kollecinin Tələbə Gənclər Təşkilatı aktiv fəaliyyət göstərib
İyun 1, 2022

Növbvəti xəbər

Mingəçevir Turizm Kollecində keçirilən "MƏZUN GECƏSİ" EL TV kanalında işıqlandırılıb.
İyun 3, 2022

Bəyənə biləcəyiniz xəbərlər

572229658_18071803622245590_9084202190926196038_n
Mingəçevir Turizm Kollecində 3 noyabr 2025-ci il tarixində “Effektiv ünsiyyət və sosial qarşılıqlı münasibətlər” mövzusunda tələbələrlə qrup söhbəti təşkil olunub
4 Noyabr, 2025
572777228_18071839946245590_6897788994233303777_n
Mingəçevir Turizm Kollecinin tələbələri “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş ali, orta ixtisas, peşə məktəbləri və UGİŞM-in komandaları arasında keçirilən voleybol üzrə qızlar yarışında iştirak ediblər
4 Noyabr, 2025
572694792_18071739764245590_9161845916340063546_n
Mingəçevir Turizm Kollecinin Turizm bələdçiliyi ixtisası üzrə təhsil alan tələbələri qrup rəhbərləri ilə birgə “44 günlük Vətən müharibəsi” ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər
3 Noyabr, 2025

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Mingəçevir Turizm Kollecində 3 noyabr 2025-ci il tarixində “Effektiv ünsiyyət və sosial qarşılıqlı münasibətlər” mövzusunda tələbələrlə qrup söhbəti təşkil olunub
04Noy2025
Mingəçevir Turizm Kollecinin tələbələri “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş ali, orta ixtisas, peşə məktəbləri və UGİŞM-in komandaları arasında keçirilən voleybol üzrə qızlar yarışında iştirak ediblər
04Noy2025
Mingəçevir Turizm Kollecinin Turizm bələdçiliyi ixtisası üzrə təhsil alan tələbələri qrup rəhbərləri ilə birgə “44 günlük Vətən müharibəsi” ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər
03Noy2025

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.