• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Əziz məzunlar, hörmətli müəllimlər və dəyərli valideynlər!

Əziz məzunlar, hörmətli müəllimlər və dəyərli valideynlər!

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix İyun 17, 2026

Əziz məzunlar, hörmətli müəllimlər və dəyərli valideynlər!

Mingəçevir Turizm Kollecinin fəaliyyətinin 20 illik yubileyində məzunlarımızın müstəqil həyata qədəm qoyması münasibətilə böyük qürur hissi keçirir, məzun adını qazanan bütün tələbələrimizi ürəkdən təbrik edirəm!

Bizim missiyamız aydındır: Ölkədə xidmət sektorunda, iaşə müəssisələrində və turizm sənayesində çalışacaq ixtisaslı kadrlar yetişdirməklə, yerli və xarici turistlərin məmnunluq səviyyəsini artıracaq rəqabətqabiliyyətli bir təhsil müəssisəsinə çevirilmək. Keçdiyimiz 20 illik fəaliyyət dövrü bu peşəkar kadr hazırlığının ən bariz sübutudur.

Bu gün Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin həyata keçirdiyi layihələr əmək bazarının müasir tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsinə birbaşa xidmət edir.

Biz də Mingəçevir Turizm Kolleci olaraq bu ali missiyanı şərəflə daşımaqdan qürur duyuruq. Dövlət başçımız cənab İlham Əliyevin ifadə etdiyi kimi, “Gənclərimizin dünyada öz yerini tapması, ölkəmizi layiqincə təmsil etməsi üçün onların yüksək səviyyəli təhsil alması vacibdir.” Müzəffər Ali Baş Komandanımız inamlı addımlarla bizi daha qüdrətli bir gələcəyə doğru aparır və bu yolda sizin kimi parlaq, savadlı, cəsur və vətənpərvər gənclərə arxalanır.

2006-cı ildən fəaliyyət göstərən Mingəçevir Turizm Kolleci bu günədək müvafiq ixtisaslar üzrə 10 000-ə yaxın məzun yetişdirmişdir. Hazırda kollecdə tədris olunan 10 ixtisas üzrə hədəfimiz, ötən 20 il ərzində olduğu kimi, ölkəmizin turizm sənayesində, iaşə, xidmət, iqtisadiyyat və nəqliyyat sahələrində fəaliyyət göstərə biləcək peşəkar və müasir biliklərə malik mütəxəssislər hazırlamaqdır.

Kollecimiz Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi sayəsində müasir təhsil sisteminin qurulması istiqamətində böyük işlər görməkdədir.

Xüsusilə son 5 il ərzində Strateji İnkişaf Planında qeyd olunan bütün sahələr üzrə hədəflərin 93%-i reallaşmışdır. Bu dövr ərzində beynəlxalq və yerli ixtisas standartlarına cavab verən müasir tədris planları tətbiq edilmiş, tədris-metodik sənədlər cari dövrün və əmək bazarının tələblərinə uyğun olaraq əsaslı şəkildə təkmilləşdirilmişdir. Tələbələrin səmərəli təhsil alması üçün maddi-texniki baza əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Təhsil infrastrukturunun yenilənməsi, idarəetmədə şəffaflıq prinsipi, həmçinin inkişafa doğru atılan innovativ addımlar kollecimizin keyfiyyət göstəricilərinin yüksəlməsində böyük rol oynamışdır.

Eyni zamanda, təhsilin keyfiyyətini artırmaq və məzunların məşğulluq imkanlarını genişləndirmək məqsədilə turizm və xidmət sektorunun aparıcı nümayəndələri ilə imzalanan müqavilələr çərçivəsində, təhsil müəssisəmizin nailiyyətlərinin birgə təbliğatı və tanıdılması işləri həyata keçirilməkdədir.

Növbəti 20 il üçün hədəflərimiz daha böyükdür. Dövlət Turizm Agentliyinin dəstəyi və bütün Mingəçevir Turizm Kolleci ailəsinin böyük zəhməti sayəsində yaxın gələcəkdə yeni və modern tədris korpuslarının tikilməsi, təhsil mühitinin tam sistemləşdirilməsi və rəqəmsallaşdırılması reallaşacaqdır.

Bununla bərabər, daxili keyfiyyət nəzarətinin şəffaf və obyektiv meyarlarla daha da genişləndirilməsi, həmçinin sürətlə dəyişən müasir təlim metodlarının tədris prosesinə tam inteqrasiyası kimi strateji addımları həyata keçirməklə, yeni təcrübə müəssisələri ilə genişmiqyaslı əməkdaşlıq əlaqələri quracaq, məzunlarımızın əmək bazarındakı mövqeyini gücləndirəcək və kollecimizin ümumi keyfiyyət göstəricilərinin davamlı yüksəlişinə nail olacağıq.

Əziz Məzunlar!

Artıq həyatınızın tamamilə yeni, məsuliyyətli və müstəqil bir səhifəsi başlayır. Gələcəkdə qazanacağınız hər bir uğurda kollec mühitinin, burada mənimsədiyiniz bilik və bacarıqların özəl payı olduğunu heç bir zaman unutmayın. Fəal, cəsarətli addımlar atmaq, innovativ və yaradıcı ideyaları həyata keçirmək tamamilə sizin iradənizdən asılıdır. Azərbaycanın parlaq gəncliyi olaraq, dövlətimizin müstəqilliyini və milli-mənəvi dəyərlərimizi göz bəbəyi kimi qorumaq, ölkəmizin hərtərəfli inkişafı naminə çalışmaq hər birinizin ali vəzifəsidir.

Gəlin birlikdə vətənimiz Azərbaycanın daha da çiçəklənməsi və turizm potensialının dünyada layiqincə tanıdılması üçün dövlətimizə dəstək olaq!

Yolunuz açıq və gələcəyiniz parlaq olsun!

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

Mingəçevir Turizm Kollecində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib
İyun 17, 2026

Bəyənə biləcəyiniz xəbərlər

IMG-20260609-WA0002
Mingəçevir Turizm Kollecində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib
9 İyun, 2026
IMG-20260607-WA0018
Mingəçevir Turizm Kollecinin tələbələri istehsalat təcrübəsi keçirlər
7 İyun, 2026
FB_IMG_1780641851891
Mingəçevir Turizm Kollecində “Səhər idmanı” layihəsi həyata keçirilib
5 İyun, 2026

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Əziz məzunlar, hörmətli müəllimlər və dəyərli valideynlər!
17İyn2026
Mingəçevir Turizm Kollecində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib
09İyn2026
Mingəçevir Turizm Kollecinin tələbələri istehsalat təcrübəsi keçirlər
07İyn2026

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.