Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edildi

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edildi
Abşeron rayonunda şəhidlərimizin bizə əmanət qalan övladları üçün “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar bayram şənliyi keçirilib. Dövlət Turizm Agentliyinin və Abşeron RİH-nin birgə təşkilatçılığı ilə Qobustan Palçıq Vulkanları Turizm Kompleksində baş tutan tədbirdə Agentliyin sədri Fuad Nağıyev, RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri və onların övladları iştirak ediblər.

















