Mingəçevir Turizm Kollecinin müəllim və tələbələri Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Kapital Bank” ASC-nin, “Qırmızı Ürəklər” Fondunun və “PMD Group”un birgə həyata keçirdiyi “Qəhrəmanlar bağı” layihəsi çərçivəsində şəhərin şərq giriş qapısı yaxınlığındakı yaşıllıq zolağında, 280 metrlik ərazidə birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə şam ağacları əkiblər. Bu məqsədlə təşkil olunan ağacəkmə aksiyasında kollecin tələbələri fəal iştirak ediblər.














