Mingəçevir Turizm Kolleci və “Job İn Global” şirkətinin birgə əməkdaşlığı çərçivəsində 31 oktyabr 2025-ci il tarixində tələbələrin iştirakı ilə seminar təşkil olunub

Mingəçevir Turizm Kolleci Publik Hüquqi Şəxsin və “Job İn Global” şirkətinin birgə əməkdaşlığı çərçivəsində 31 oktyabr 2025-ci il tarixində tələbələrin iştirakı ilə seminar təşkil olunub. Tədbirdə “Job İn Global” MMC-nin qanuni təsisçisi Ceyhun Sabirli “Türkiyənin turizm sahəsində iş fürsətləri və karyera imkanları” mövzusunda çıxış edərək, tələbələri Türkiyənin 5 ulduzlu otellərində mövcud iş imkanları barədə ətraflı məlumatlandırıb. Eyni zamanda, tələbələrə məlumat xarakterli bukletlər təqdim olunub. Seminarın sonunda tələbələrin ünvanladıqları suallar Ceyhun Sabirli tərəfindən cavablandırılıb.













