Mingəçevir Turizm Kollecində Dövlət Əmək Müfəttişliyi nümayəndəsi Salman Zeynalov və Əməyin Mühafizəsi Mərkəzindən Mədinə Mirişli “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları” mövzusunda müəllim və tələbələrlə görüş keçiriblər

Mingəçevir Turizm Kollecində Dövlət Əmək Müfəttişliyi nümayəndəsi Salman Zeynalov və Əməyin Mühafizəsi Mərkəzindən Mədinə Mirişli “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları” mövzusunda müəllim və tələbələrlə görüş keçiriblər. Gənclər arasında əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması, təhlükəsizlik əmək mühitinin yaradılması və hüquqi biliklərin artırılması ilə bağlı mövzular müzakirə olunub. Görüş interaktiv müzakirələrlə davam edib və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.













