Mingəçevir Turizm Kollecində “2025-ci ilin Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində futbol və voleybol idman növləri üzrə yarışlar keçirilib

Mingəçevir Turizm Kollecində “2025-ci ilin Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində futbol və voleybol idman növləri üzrə yarışlar keçirilib. Yarışlar gərgin mübarizə şəraitində keçib. Tələbələr qalibiyyət üçün böyük əzmlə yarışıblar, dostluq və birlik isə bu yarışların əsas qazancı olub.
Kollecin direktoru Kamal Əhmədov yarışların sonunda qalib gələn tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Hər iki idman növü üzrə qalib olan komandalar, həmçinin intellektual yarışın qalibləri kollecin rəhbərliyi tərəfindən sertifikatlarla təltif olunublar.

















