Mingəçevir Turizm Kollecində “Xocalı soyqırımının 33 – cü ildönümü ilə bağlı tədbirlər planı” na müvafiq olaraq bəşəriyyətə qarşı tarixi cinayət və vəhşilik aktı olan bu soyqırımın gənc nəsillərə ötürülməsi məqsədilə xüsusi dərslər keçirilib.

Azərbaycan tarixinin ağrılı – acılı, qanlı – qadalı səhifəsi olan və dəhşətləri zaman keçdikcə daha çox üzə çıxan Xocalı müsibətindən 33 il keçir. Mingəçevir Turizm Kollecində “Xocalı soyqırımının 33 – cü ildönümü ilə bağlı tədbirlər planı” na müvafiq olaraq bəşəriyyətə qarşı tarixi cinayət və vəhşilik aktı olan bu soyqırımın gənc nəsillərə ötürülməsi məqsədilə xüsusi dərslər keçirilib. Dərslərdə Qarabağ uğrunda şəhid olanların və Xocalı qurbanlarının əziz ruhu bir dəqiqəlik sükutla yad edilib, videoçarx nümayiş etdirilib.
Tədbirlər planına uyğun olaraq kollecin müəllim və tələbə heyəti Mingəçevir şəhər Şəhidlər xiyabanını ziyarət ediblər. Soyqırım abidəsinə qərənfillər düzüb, şəhidlərimizin və Xocalı faciəsində həlak olanların əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Ali Baş Komandan cənab İlham Əliyev : Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq.
#azerbaijan#DövlətTurizmAgentliyi#experienceazerbaijan#visitazerbaijan#traveltoazerbaijan#heydaraliyevfoundation














