26 Sentyabr 2025-ci il tarixində Mingəçevir Turizm Kollecində hər iki növbədə birinci dərslər 27 Sentyabr – “Anım Günü”nə həsr olunub

26 Sentyabr 2025-ci il tarixində Mingəçevir Turizm Kollecində hər iki növbədə birinci dərslər 27 Sentyabr – “Anım Günü”nə həsr olunub. Dərslərdə Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Bu dərslərin keçirilməsinin başlıca məqsədi gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması, şəhidlərin müqəddəs xatirəsinə ehtiramın aşılanması, qazilərin qəhrəmanlığının gənclərə nümunə kimi göstərilməsidir. Dərslərdə 44 gün ərzində baş verən hadisələri əks etdirən video çarxlar nümayiş etdirilib. Tələbələrin iştirakı ilə müzakirələr aparılıb.















