19 sentyabr 2025-ci il tarixində Mingəçevir Turizm Kollecində Tələbə Həmkarlar İttifaqı Komitəsinin yaradılması ilə bağlı iclas keçirilib.

19 sentyabr 2025-ci il tarixində Mingəçevir Turizm Kollecində Tələbə Həmkarlar İttifaqı Komitəsinin yaradılması ilə bağlı iclas keçirilib.
Tədbirdə Komitənin üzvlərinin və sədrinin, həmçinin Təftiş Komissiyasının üzvlərinin seçilməsi məsələləri müzakirə olunub.
Tələbələr arasında aparılan səsvermənin nəticələrinə əsasən, kollecin III kurs tələbəsi Lətifə Əhmədzadə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
İclasın davamında Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsin Tələbə Həmkarlar İttifaqı Komitəsinin Azərbaycan Turizm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Birliyinin xidmətinə qəbul edilməsi ilə bağlı müraciətin ünvanlanması qərara alınıb.












