12 sentyabr 2025 – ci il tarixində Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsin “Pedaqoji Şurası”nın 2025/2026-cı tədris ili üzrə ilk iclası keçirilib.

12 sentyabr 2025 – ci il tarixində Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsin “Pedaqoji Şurası”nın 2025/2026-cı tədris ili üzrə ilk iclası keçirilib. İclası kollecin direktoru Kamal Əhmədov açaraq pedaqoji kollektivə yeni dərs ilində uğurlar arzulayıb və gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasın gündəliyinə uyğun olaraq, 2025/2026-cı tədris ili üçün pedaqoji şuranın tərkibinin formalaşdırılması, illik iş planının müzakirəsi və təsdiqi, 2024/2025-ci tədris ilinin nəticələri ətraflı müzakirə olunaraq, əldə olunan nailiyyətlər kollektivin diqqətinə çatdırılıb.
Daha sonra yeni tədris ilində qarşıda duran vəzifələr, kollecin tədris işinin keyfiyyətinin artırılması, həmçinin kollektivin üzərinə düşən əsas öhdəliklər müzakirə olunub.
Bununla yanaşı, iclasda cari məsələlərə də toxunulub, kollecdə idarəetmənin təkmilləşdirilməsi və tələbələrin təlim-tərbiyə prosesinin daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.











