“Ətraf mühitin antropogen çirklənməsinin iqtisadi nəticələrinin təhlili və proqnazlaşdırılması” mövzusunda açıq dərs keçirilib.
Mingəçevir Turizm Kollecinin “Sosial, iqtisadi və texniki fənn birləşmə komissiyası”nın müəllimi Aynurə Allahverdiyevanın Təbiətdən istifadənin iqtisadiyyatı fənnindən “Ətraf mühitin antropogen çirklənməsinin iqtisadi nəticələrinin təhlili və proqnazlaşdırılması” mövzusunda Tİ 5 qrupu ilə açıq dərsi keçirilib.
Tələbələr üçün təşkil edilən açıq dərs zamanı antropogen və ekstremal amillər, təbiətə antropogen təsirlər və onların yaratdığı ekoloji problemlər haqqında geniş məlumat verilib.
Sonda açıq dərsdə iştirak edən tələbələr xatirə şəkilləri çəkdiriblər.