TURİZM İŞİNİN TƏŞKİLİ
Turizm işinin təşkili ixtisası turizm iqtisadiyyatını araşdırır,turizm firmalarının ,otellərin fəaliyyətini öyrənir. Turizm işinin təşkili ixtisasının əsas məqsədi turizm sənayesi üçün müştəri xidmətləri ,satış və idarəetmə mövzularında müasir dövrün tələblərinə uygun nəzəri və praktiki biliklərə malik, həmçinin özündə qlobal turizm sənayesində baş verən dəyişiklikləri düzgün təhlil etmə və uyğunlaşma bacarıqlarını cəmləşdirən kadrların hazırlanmasıdır. Bundan əlavə , bu ixtisas sahibləri hazır məhsulun reklamı ilə məşgul olur, turizm agentlikləri ilə turizm məhsullarının satışına dair müqavilələr bağlayır. Bu ixtisas üzrə məzun olmuş şəxslər tur operatorlar, tur menecerlər , turizm tədqiqatçıları adlanırlar. Hal-hazırda istirahət və əyləncə sənayesində ən çox axtarılan peşələrdən biridir.
Bu ixtisas üzrə harada çalışmaq olar?
- Arstokrat Travel Azerbaijan
- İsmytravel Turizm Agentliyi
- Skycamp travel
- Khazar travel
- Fairmont Baku, Hotels & Residences
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
̶ Xarici və daxili , fərdi və qrup turların təşkili;
̶ Xarici və ya daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq;
̶ Müştərilərdən gələn sorğuların vaxtinda və işgüzar formada cavablandırılması;
̶̶̶ Otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması;
̶ Səyahət suğortasının yazılması;
̶ Mövsümə uyğun turların analiz edilib hazırlanması;
̶ Müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi;
̶ Gündəlik və aylıq hesabatlarının hazırlanıb , rəhbərliyə təqdim edilməsi;
̶ Aviabiletlərlə bağlı əməliyyatlar (yazılması dəyişdirilməsi);
̶ Şirkət maraqlarınin təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflərin hazırlanması;
̶ Mehmanxanada işçilərinin , menecerlərin rəhbərliyi altinda səmərəli fəaliyyətini təmin etmək;
̶ Müştərilərə göstərilən xidmətlərin keyfiyyətinə nəzarət;
İxtisasın gələcəyi
Hal-hazırda turizm bir çox ölkələrin büdcələrinin gəlirlərinin əsas hissəsini təşkil edir. Azərbaycanda turizm neft sektorundan sonra ikinci əsas proritet sahələrdən hesab olunur. Mütəxəssislərin hesablamalarına görə 2023-cü ilə qədər ölkədə turizm işçilərinə olan təlabat 75.000 nəfərdən çox olacaq.
