Turizm işinin təşkili

“Turizm işinin təşkili” ixtisası turizm iqtisadiyyatını araşdırır, turizm firmalarının, otellərin fəaliyyətini öyrənir. Turizm işinin təşkili  ixtisasının əsas məqsədi turizm sənayesi üçün müştəri xidmətləri, satış və idarəetmə mövzularında müasir dövrün tələblərinə uyğun nəzəri və praktiki biliklərə malik, həmçinin özündə qlobal turizm sənayesində baş verən dəyişiklikləri düzgün təhlil etmə və uyğunlaşma bacarıqlarını cəmləşdirən kadrların hazırlanmasıdır. Bundan əlavə, bu ixtisas sahibləri hazır məhsulun reklamı ilə məşğul olur, turizm agentlikləri ilə turizm məhsullarının satışına dair müqavilələr bağlayır. Bu ixtisas  üzrə məzun olmuş şəxslər  tur operatorlar, tur menecerlər, turizm tədqiqatçıları adlanırlar. Hal-hazırda istirahət və əyləncə sənayesində ən çox axtarılan peşələrdən biridir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Xarici və daxili, fərdi və qrup turlarının təşkili;
  • ➝ Xarici və ya daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq;
  • ➝ Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
  • ➝ Otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması;
  • ➝ Səyahət sığortasının yazılması;
  • ➝ Mövsümə uyğun turların analiz edilib hazırlanması;
  • ➝ Müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi;
  • ➝ Gündəlik və aylıq satış hesabatlarının hazırlanıb, rəhbərliyə təqdim edilməsi;
  • ➝ Aviabiletlerlə bağlı əməliyyatlar (yazılması, dəyişdirilməsi);
  • ➝ Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflərin hazırlanması;
  • ➝ Mehmanxanada işçilərinin, menecerlərin rəhberliyi altında səmərəli fəaliyyətini təmin etmək;
  • ➝ Müştərilərə  göstərilən xidmətlərin keyfiyyətinə nəzarət;

 İxtisasın gələcəyi

  Hal – hazırda turizm bir çox ölkələrin büdcələrinin gəlirlərinin əsas hissəsini təşkil edir. Azərbaycanda turizm neft sektorundan sonra ikinci əsas prioritet sahələrdən hesab olunur. Mütəxəssislərin hesablamalarına görə, 2023 – cü ilə qədər ölkədə turizm işçilərinə olan tələbat 75.000 nəfərdən çox olacaq.

      İş yerləri

  1. Azərbaycan Dövlət Turizm Agentliyi
  2. Aristokrat Travel Azerbaijan
  3. Ismytravel Turizm Agentliyi
  4. The Landmark Hotel Baku
  5. Baku Boulevard Hotel
  6. Skycamp  travel
  7. Khazar travel
  8. Fairmont Baku, Hotels & Residences
AzerbaijaniEnglishRussian