Mingəçevir Turizm Kollecində tələbələrin iştirakı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Mingəçevir Turizm Kollecində tələbələrin iştirakı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirin başlanğıcında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir çərçivəsində müəllim və tələbələr tərəfindən 20 Yanvar hadisələrinin tarixi-siyasi mahiyyəti, milli azadlıq mübarizəsində tutduğu mühüm yer və Azərbaycan dövlətçiliyinin formalaşmasındakı rolu ətrafında əhatəli çıxışlar edilib. Aparılan müzakirələr zamanı faciənin xalqın milli şüurunun oyanmasında və müstəqillik ideyalarının möhkəmlənməsindəki əhəmiyyəti xüsusi qeyd olunub. Sonda mövzuya uyğun videoçarx nümayiş etdirilib.













