Mingəçevir Turizm Kollecində “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” seminarı keçirilib

Mingəçevir Turizm Kollecində “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” seminarı keçirilib. 2 aprel 2026-cı il tarixində seminar Mingəçevir Turizm Kollecində təşkil olunub.
Seminarı Mingəçevir şəhər Vəkillər Bürosunun vəkili, Mingəçevir Dövlət Universitetinin və kollecin hüquq müəllimi Hüseyn Əsgərov, həmçinin kollecin baş hüquqşünası Günel Musayeva aparıb. Çıxışlar zamanı korrupsiyanın mahiyyəti, yaranma səbəbləri və cəmiyyətə vurduğu zərərlər izah olunub. Vurğulanıb ki, korrupsiya vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz maddi və digər imtiyazlar əldə etməsi kimi başa düşülür.
Seminar interaktiv şəkildə keçirilib, tələbələr mövzu ilə bağlı suallar verərək müzakirələrdə fəal iştirak ediblər.












