Mingəçevir Turizm Kollecində 31 mart 2026-cı il tarixində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri təşkil edilib

Mingəçevir Turizm Kollecində 31 mart 2026-cı il tarixində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri təşkil edilib. Tədbir çərçivəsində kollecin inzibati və pedaqoji heyəti tərəfindən Şəhidlər xiyabanı ziyarət olunmuş, soyqırımı abidəsi önünə gül dəstələri qoyularaq faciə qurbanlarının, eləcə də Vətən uğrunda həyatını itirmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.
Anım tədbiri daha sonra dəyirmi masa ətrafında davam edib. Tədbirin rəsmi hissəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılmış, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dəyirmi masa müzakirələri zamanı tələbələr tərəfindən Azərbaycanlıların Soyqırımı ilə bağlı tarixi faktlara əsaslanan məruzələr təqdim olunub.
Qeyd edilib ki, Azərbaycanlıların Soyqırımı xalqımızın tarixində dərin iz buraxmış faciələrdən biri olmaqla yanaşı, onun nəticələrinin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu hadisələrin öyrənilməsi milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun formalaşdırılması baxımından xüsusi aktuallıq daşıyır.
Tədbirin sonunda isə mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.















