Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
Mehmanxana təsərrüfatı turizm sənayesinin ən mühüm tərkib hissələrindən biridir. Bu səbəbdən mehmanxana təsərrüfatlarında qonaqlara xidmət göstərən kadrların ixtisaslı olması çox vacibdir. “Mehmanxana təsərrüfatının təşkili və idarə olunması” ixtisasını bitirən tələbələr ölkəmizin istənilən mehmanxanalarında yüksək səviyyədə çalışmağa və öz performansını göstərməyə hazırdır.
Bu ixtisası bitirənlər harda işləyə bilər?
Paytaxt Bakı da daxil olmaqla istənilən otellərində, istirahət mərkəzlərində, sanatoriya və pansionatlarında, motel və hostellərində işləyə bilər.
Bu ixtisas sahibi nə işlə məşğul olur?
- Qonaqların qarşılanması, qeydiyyatı və yerləşdirilməsi
- Qonaqlara mərtəbə xidmətlərinin göstərilməsi
- Restoran xidmətlərinin göstərilməsi
- Mehmanxana təsərrüfatında mövcud olan digər xidmətlərin təşkili
- Tədbirlərin, ziyafətlərin təşkili və işinin aparılması
Kompetensiyalar
- mehmanxana və turizm komplekslərində servis xidmətinin əsasları
- mehmanxana təsərrüfatında informasiya və xidmətlərə olan tələbatın təsnifatı
- xarici qonaqlara və turistlərə göstərilən mədəni xidmətin təşkili və mədəni davranış qaydaları
- xidmət sahələrində işguzar danışıqların aparılması qabiliyyəti
- Peşə etikasının aktual məsələlərini, masa arxasında etiket qaydalarını;
- salamlaşma və onun növlərini;
- müraciət formalarını;
- nəzakət, təbiilik, ləyaqət, mərifət, ünsiyyət; nitq etiketi; münaqişələr; rəsmi görüşlərin təşkili və keçirilməsi qaydalarını.
İxtisasın gələcəyi:
Pandemiyadan və İkinci Qarabağ müharibəsindən sonra ölkədə turizm bumu proqnozlaşdırılır. İşğaldan azad edilmiş zonalarda turizm infrastrukturu qurulur, yeni mehmanxana kompleksləri istifadəyə verilir. Bütün bunların nəticəsi olaraq ölkədə ixtisaslı və işini sevən mehmanxana işçilərinə ehtiyac vardır.