Mingəçevir Turizm Kolleci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 101 nömrəli 10 aprel 2006-cı il tarixli əmri ilə Mingəçevir şəhərində Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin Mingəçevir şöbəsinin bazasında yaradılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 09 iyun 2006-cı il tarixli 1106 A2 447 nömrəli şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli 255 nömrəli qərarına əsasən Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyinə verilmiş təşkilatların sırasına daxil edilmişdir.