Mingəçevir Turizm Kollecinin tələbələri üçün İİV/QİÇS-lə bağlı maarifləndirici tədbir keçirilib

Mingəçevir Turizm Kollecinin tələbələri üçün İİV/QİÇS-lə bağlı maarifləndirici tədbir keçirilib
Mingəçevir şəhər Gənclər Evində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısının alınması və İİV/QİÇS barədə maarifləndirmə tədbiri keçirilib.
Maarifləndirici tədbirdə Mingəçevir Turizm Kollecinin 25 tələbəsi iştirak edib. Tədbir çərçivəsində iştirakçılara İİV-in yoluxma yolları, qorunma üsulları, profilaktik tədbirlər və erkən müayinənin əhəmiyyəti barədə ətraflı məlumat verilib.







