• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
    • Marketinq
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
    • Marketinq
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Mingəçevir Turizm Kollecinin 30 oktyabr 2026-cı il tarixində Kür Olimpiya Tədris-İdman Mərkəzi “Arena Hotel Kür”də “Təhsil və Turizm Forumu” keçirilib.

Mingəçevir Turizm Kollecinin 30 oktyabr 2026-cı il tarixində Kür Olimpiya Tədris-İdman Mərkəzi “Arena Hotel Kür”də “Təhsil və Turizm Forumu” keçirilib.

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix Oktyabr 31, 2026

Mingəçevir Turizm Kollecinin 20 illik tədbirlər planı çərçivəsində, 30 oktyabr 2026-cı il tarixində Kür Olimpiya Tədris-İdman Mərkəzi “Arena Hotel Kür”də “Təhsil və Turizm Forumu” keçirilib.

“Təhsil və turizm sahəsində perspektivlər, problemlər və həllər” mövzusuna həsr olunan forumun əsas məqsədi təhsil və turizm sahələrinin inkişaf perspektivlərini müəyyənləşdirmək, mövcud problemləri müzakirə etmək, onların həlli yollarını araşdırmaq, təhsil müəssisələri ilə turizm sektoru arasında əməkdaşlığı genişləndirmək və yeni tərəfdaşlıq imkanlarını inkişaf etdirmək olub.

Forumda dövlət qurumlarının, ali və orta ixtisas təhsili müəssisələrinin, turizm və hotelçilik sektorunun, eləcə də özəl şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Dövlət Turizm Agentliyinin əməkdaşı, Mingəçevir şəhərinin ictimai-siyasi və inzibati qurumlarının rəhbər şəxsləri, eləcə də turizm sənayesinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Mingəçevir Turizm Kolleci tələbələrinin əl işlərindən və rəsmlərindən ibarət sərgiyə baxışla başlayıb. Ardınca forumun açılış mərasimi keçirilib.

Açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü ilə suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Forumun açılışında Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin təhsil və təlim sektorunun müdiri Günay Fərzəliyeva, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Azər Hüseynov, UNEC-in Zaqatala filialının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Raqif Qasımov, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, “Job in Global” MMC-nin təsisçisi Ceyhun Sabirli və “HTech Invest” MMC-nin baş icraçı direktoru Lətif Məhərrəmov çıxış ediblər.

Çıxışlarda təhsil və turizmin inkişafı, müasir dövrün tələblərinə uyğun mütəxəssis hazırlığı, əmək bazarı ilə təhsil arasında əlaqələrin gücləndirilməsi və dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyəti diqqətə çatdırılıb.

Həmçinin Mingəçevir Turizm Kollecinin 20 illik fəaliyyəti və bu müddət ərzində turizm və digər sahələr üçün peşəkar kadrların hazırlanmasına verdiyi töhfələr vurğulanıb.

İki paneldən ibarət olan forumda Dövlət Turizm Agentliyinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, alimlər və sənaye müəssisələrinin nümayəndələri mövcud mövzular ətrafında sualları müzakirə ediblər.

Həmçinin iştirakçılar forumla bağlı sorğu anketlərini cavablandırıblar. Sonda isə tələbələr öz əl işlərini panel spikerlərinə və forumun ərsəyə gəlməsinə dəstək olan tərəfdaşlara hədiyyə ediblər.

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

Mingəçevir Turizm Kollecində “İnsan alverinə qarşı mübarizə – insan hüquqlarının və azadlığının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib
Oktyabr 31, 2026

Bəyənə biləcəyiniz xəbərlər

InShot_20261028_174730970
Mingəçevir Turizm Kollecində “İnsan alverinə qarşı mübarizə – insan hüquqlarının və azadlığının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib
28 Oktyabr, 2026
FB_IMG_1793122695348
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
27 Oktyabr, 2026
FB_IMG_1793120501728
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib 
27 Oktyabr, 2026

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Mingəçevir Turizm Kollecinin 30 oktyabr 2026-cı il tarixində Kür Olimpiya Tədris-İdman Mərkəzi “Arena Hotel Kür”də “Təhsil və Turizm Forumu” keçirilib.
31Okt2026
Mingəçevir Turizm Kollecində “İnsan alverinə qarşı mübarizə – insan hüquqlarının və azadlığının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib
28Okt2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
27Okt2026

Xəbərlər

  • Mingəçevir Turizm Kollecinin 30 oktyabr 2026-cı il tarixində Kür Olimpiya Tədris-İdman Mərkəzi “Arena Hotel Kür”də “Təhsil və Turizm Forumu” keçirilib.
  • Mingəçevir Turizm Kollecində “İnsan alverinə qarşı mübarizə – insan hüquqlarının və azadlığının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib
  • Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
  • 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib 

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.