Mingəçevir Turizm Kollecində “İnsan alverinə qarşı mübarizə – insan hüquqlarının və azadlığının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib

27 oktyabr 2026-cı il tarixində Mingəçevir Turizm Kollecində “İnsan alverinə qarşı mübarizə – insan hüquqlarının və azadlığının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi Elxan Əfəndiyev, İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Pərviz Ələkbərov və Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Dilqəm Məmmədov iştirak ediblər.
Tədbir zamanı insan alverinin əsas formaları, təhlükələri, hüquqi məsuliyyət, gənclərin bu cür hallardan qorunma yolları və şübhəli vəziyyətlərdə hüquq-mühafizə orqanlarına müraciətin əhəmiyyəti barədə məlumat verilib. Sonda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Unutmayaq: İnsan azadlığı alınıb-satılan əşya deyil! İnsan alverinə qarşı mübarizə hər birimizin məsuliyyətidir.














