Mingəçevir Turizm Kollecində rəqəmsal transformasiya mövzusunda təqdimat keçirilib

Mingəçevir Turizm Kollecində rəqəmsal transformasiya mövzusunda təqdimat keçirilib
Mingəçevir Turizm Kollecində təhsil prosesinin müasir tələblərə uyğun təkmilləşdirilməsi və rəqəmsal imkanların genişləndirilməsi istiqamətində Brain Solutions MMC tərəfindən “Rəqəmsal transformasiya” mövzusunda təqdimat keçirilib.
Təqdimat zamanı elektron jurnal və elektron təhsil sistemləri, tələbə və müəllim məlumatlarının rəqəmsallaşdırılması, tələbələrin davamiyyətinin və akademik göstəricilərinin elektron şəkildə izlənilməsi və təhlili barədə ətraflı məlumat verilib.
İştirakçılara müasir rəqəmsal alətlərin təhsil idarəçiliyində tətbiqi, məlumatların daha çevik, sistemli və səmərəli idarə olunması imkanları barədə məlumat çatdırılıb.
Təqdimat qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilib, iştirakçıların sualları cavablandırılıb və rəqəmsal texnologiyaların təhsil prosesinə inteqrasiyası ilə bağlı praktiki nümunələr təqdim olunub.










